english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Daniel Putík
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Mingəçevirdə Aİ Günləri

Çexiya Səfirliyi, 21-22 may 2019-cu il tarixində, hər il Azərbaycanın regional mərkəzlərində Aİ nümayəndəliyi tərəfindən təşkil olunan, "səyahət edən" Aİ Günləri sırasından daha birində iştirak edib. Bu il, Aİ Günləri Mingəçevirdə keçirilib və Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmişdir.

Regional səviyyədə, dövlət idarəetmə orqanları ilə əməkdaşlıqda təşkil olunmuş Aİ Günləri, Azərbaycanın bölgələrində Avropa İttifaqının, ona üzv dövlətlərin və Aİ tərəfindən maliyyələşdirilən layihələrin təqdimatı üçün unikal imkandır. Mingəçevirdə Səməd Vurğun meydanında keçirilən "EU4YOU" tədbirində minlərlə gəncin iştirakı, xüsusilə yerli gənclərin Aİ-yə olan marağının sübutudur. Aİ tərəfindən dəstəklənən müxtəlif, əsasən regional inkişafa yönəlmiş layihələrlə yanaşı tədbirdə 5 Aİ üzv dövləti və 3 tərəfdaş dövlət olan Çexiya Respublikası, Fransa, Gürcüstan, Almaniya, Moldova, İspaniya, İsveç və Ukraynanın Bakıdakı Səfirlikləri ölkələrini çadırlarda təqdimatlarla təmsil etdilər.

Mingəçevirdə EU4YOU - Çex-İspan-İsveç çadırları

Mingəçevirdə EU4YOU - Çex-İspan-İsveç çadırları

Çexiyanın Bakıdakı Səfirliyi daxil olmaqla Aİ üzv dövlətlərinin Səfirliklərinin nümayəndələri Mingəçevirdəki təhsil müəssisələrində, Aİ-nin öz ölkələrinə necə kömək etdiyinə və Azərbaycana necə kömək edə biləcəyinə yönəlmiş təqdimatlarını təqdim etdilər. Mingəçevirdə keçirilən Aİ Günləri, Aİ tərəfindən dəstəklənən, Mingəçevir və Yevlax bölgələrində məcburi tibbi sığortanın yaradılmasına yönəlmiş regional Tvinninq layihəsi kimi pilot təşəbbüslərin təşviqinə də kömək etmişdir.