english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: https://www.vysokeskoly.cz
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çexiya universitetlərinin məzunları ilə görüş

Çexiyanın Bakıdakı Səfirliyi Çexiya universitetlərinin azərbaycanlı məzunları ilə görüş təşkil edib. Dostluq ab-havasında keçirilən görüş 27 may 2024-cü il tarixində Səfirlikdə baş tutub.

Çexiya “alma mater” məzunlarının Səfirliyin nümayəndələri ilə görüşü bir neçə illik fasilədən sonra ilk dəfə baş tutub. Bu, həm də məzunların öz aralarında fikir mübadiləsi və müzakirələr aparmaq, həmçinin tələbəlik illərini xatırlamaq üçün bir fürsət idi.

Çexiya təhsilləri üçün Çex universitetlərini seçən əcnəbi tələbələri yüksək qiymətləndirir. İnanırıq ki, onlar yüksək keyfiyyətli təhsil alıblar və bundan sonra da alacaqlar ki, vətənə qayıdanda bundan tam bəhrələnsinlər. Səkkiz Çex universiteti Şanxay adlanan reytinqə görə dünyanın ən yaxşı 1000 universiteti sırasındadır və məsələn, Brnodakı Masarik Universiteti reytinqdə mövqeyini yaxşılaşdırır.

Təkcə 2023-cü ildə 190 azərbaycanlı öz hesabına təhsil alan tələbə Çexiya Respublikasına gedib. Ən çox qəbul olunan universitetlərə Masarik Universiteti, Praqa İqtisadiyyat və Biznes Universiteti, Praqadakı Çex Həyat Elmləri Universiteti, Karlov Universiteti və Praqadakı Çex Texniki Universiteti daxildir.

M. Lubojacký

translation: O. Rzayeva