english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: (@MZV)
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiya Respublikasının Bakıdakı səfirliyində mükafatlandırılma tədbiri

Keçən il Praqada nümayiş olunan rəsm əsərlərinin müəllifləri olan Azərbaycan rəssamları multikulturalizmin inkişafına mükafatlandırmaq üçün Çexiya Respublikasının Bakıdakı səfirliyinə dəvət olundular.
 

Səfir cənab Vitezslav Pivonka Çexiya-Azərbaycan arasında olan münasıbətlərin uzun ənənələrini xatırlatdı və bir birimizi daha yaxından tanımaq imkanı verən belə tədbirlərin əhəmiyyətini vurğuluyaraq tədbiri açdı.  Səfir Çexiya Respublikası adından Azərbaycanın bir parçasını Praqaya gətirdiklərinə görə rəssamlara minnətdarlığını bildirdi.

“Dirçəliş” Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzinin direktoru  İslam Bəxşəliyev təşkilatı tərəfindən təşkil olunan azərbaycan rəssamlarının sərgiləri haqqında danışdı və Azərbaycanın uzun multikulturalizm tarixini yada saldı. 

Mükafatlandırılma tədbiri rəssamlar, səfirliyinin əməkdaşları və digər qonaqları arasında qeyri formal söhbətlə davam etdi.