Petr Vaqnerin xatirəsinə
26.04.2021 / 09:16 | Aktualizováno: 27.04.2021 / 14:57
Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, sabiq müavin cənab Petr Vaqnerin 22 aprel 2021-ci il tarixində ağır xəstəliklə mübarizədə məğlub olduğunu dərin kədər hissi ilə bildirir.
Praqada Karlov Universitetinin Fəlsəfə Fakültəsinin məzunu olan Petr Vaqner, 1989-cu ildən Xarici İşlər Nazirliyində işə başlamazdan əvvəl Praqada Elmlər Akademiyasında elm tarixi ilə bağlı araşdırma aparmış və nəşr etmişdir. Diplomatik karyerası ərzində Çexiyanın Moskva və Kiyevdəki Səfirliklərində çalışmış; 2014-2018-ci illərdə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində Səfir müavini vəzifəsində çalışmışdır. 2018-ci ildə bir neçə ay Müvəqqəti İşlər Vəkili olaraq, Çexiyanın Bakıdakı Səfirliyinə müvəqqəti rəhbərlik etmişdir.
Petr Vaqnerin Bakıda olduğu müddətdə Çexiya Səfirliyi Beynəlxalq Vişeqrad Fondunun (BVF) Əlaqələndirici Səfirlik rolunu öz üzərinə götürdü. Bu, 2009-2012-ci illərdə BVF İcraçı Direktoru kimi əvvəlki təcrübəsi nəzərə alınmaqla məntiqli idi. Bakıdakı Səfirliyin siyasi şöbəsinin müdiri olan Petr Vaqner, Çexiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın - daha da əhəmiyyətlisi dostluğun qurulması və dərinləşdirilməsi üçün əlindən gələni etdi. Çexiya-Azərbaycan münasibətləri tarixinə və xüsusən də Qızıl Ordunun azərbaycanlı əsgərlərinin ölkəmizin faşizmdən azad edilməsindəki roluna marağı dərin və səmimi idi. Bu mövzuda Petr tərəfindən redaktə edilmiş kitab bu ilin sonlarında işıq üzü görməlidir. Təəssüf ki, o bu dəfə həyatda olmayacaq.
Həmkarımızın vəfatı ilə əlaqədar öz başsağlığını bildirən bütün çoxsaylı azərbaycanlılara təşəkkür edirik.