english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Vişeqrad qrupu 25 illik yubileyini qeyd edir

20 May 2016-cı il tarixində ADA Universitetində Vişeqrad qrupunun 1991-ci ildə təsis edilməsindən bəri 25-illik yubileyinə həsr olunmuş seminar keçirildi. Seminarda V4 və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin nümayəndələri, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, ADA Universitetinin nümayəndələri, Milli Məclisin deputatları, Vişeqrad qrupuna daxil olan ölkələrin ekspertləri və tələbələr iştirak etdi.
 

Çexiya Respublikasının səfiri Vitezslav Pivonka, Macarıstan səfiri İmre Laslotski, Polşanın Missiya rəhbərinin müavini Andrjey Yankovski və Slovakiyanın Moskvadakı Səfirliyinin təmsilçisi Matus Korba açılış nitqlərində Mərkəzi Avropada sabitlik və rifahın möhkəmləndirilməsi üçün Vişeqrad əməkdaşlığının vacibliyini vurğuladılar.

ADA Universitetinin rektoru Hafiz Paşayev və Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri  Malena Mard öz təbrik çıxışlarında regional əməkdaşlığın əhəmiyyətli rolunu qeyd etdilər.

Vişeqrad ölkələrinin ekspertləri olan Çexiya Respublikasından İrji Çistetski və Petr Mareş, Macarıstandan Andras Lazar, Polşadan Yakub Groşkovski və Slovakiyadan Matus Korba ADA Universitetindən olan həmkarı Anar Vəliyevlə birgə Avropanın mərkəzində, həm də onun hüdudlarından kənarda V4-ün fəaliyyətinin müxtəlif aspektlərini nəzərdən keçirtdilər.  

http://ru.salamnews.org/az/news/read/220380