![na_celou_sirku](/public/96/4c/54/2601678_1808419_uni_1.jpg)
Universitetlərarası uğurlu əməkdaşlığının 45 ili tamam oldu
04.10.2017 / 17:02 | Aktualizováno: 17.10.2017 / 17:13
Çexiya Respublikasının Azərbaycandakı səfiri cənab Vitezslav Pivonka və Bakı Dövlət Universitetinin rektoru cənab Abel Məhərrəmovun iştirakı ilə Bakı Dövlət Universitetinin binasında 03 Oktyabr 2017-ci il tarixində Çarls Universitetinin Təbii Elmlər Fakültəsi və Bakı Dövlət Universitetinin Biologiya Fakültəsi arasında uğurlu əməkdaşlığının 45-ci ildönümünə həsr olunmuş fotosərgisi açıldı.
Sərginin açılışında Azərbaycanda elmi tədqiqatların növbəti mərhələsi həyata keçirilən Böyük Britaniyanın Təbii Elmlər Fakültəsinin bioloqların qrupu da iştirak edib. İki universitet arasında mübadilə proqramları çərçivəsində hələ ki 500-dən çox müəllim və tələbələrin elmi tədqiqat proqramlarında iştirak etdi.
Açılış mərasimində Biologiya Fakültəsinin dekanı cənab Akif Guliyev səfir Pivonka tərəfindən iki fakültə arasında olan əməkdaşlığının inkişafına verilmiş töfhəyə görə təltif edildi. Professor Guliyev bu əməkdaşlığın əvvəlində dayanmışdır və hələ də onun lideri olaraq galır.