Şahdağ zirvəsinə beynəlxalq ekspedisiya aparıldı
04.07.2016 / 20:50 | Aktualizováno: 12.07.2016 / 21:38
Çex, Holland, İngilis və Azərbaycanlılardan ibarət olan qrup Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyilə Böyük Qafqaz dağlarının şərq hissəsində, Rusiya Federasiyası ilə Dağıstan tərəfdən sərhəddə eyniadlı milli parkın ərazisində yerləşən və Azərbaycanın ikinci ən yüksək zirvəsi olan - Şahdağ zirvəsinə (4243 m.) qalxdı.
Bu yürüşün əsas məqsədi Azərbaycanı turizm və alpinizm məkanı kimi təbliğ etmək idi. Azərbaycanda bir sıra xüsusi turizm şirkətləri Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyası ilə əməkdaşlıq çərçivəsində xarici qonaqlara vəhşi, amma eyni zamanda, inanılmaz gözəl Qafqaza müxtəlif turların təşkilində kömək etməyə hazırdır. Çexiya Respublikası eskpedisiyada Çex səfiri cənab Vitezslav Pivonka və onun həyat yoldaşı xanım Monika ilə təmsil olundu.