![na_celou_sirku](/public/5e/74/d/4500337_2761368_Mehriban_Zeynalova.jpg)
Səfir Ekert “Təmiz Dünya” İctimai Birliyinin Sədri ilə görüşüb
25.11.2021 / 12:37 | Aktualizováno: 29.11.2021 / 07:25
25 noyabr 2021-ci il tarixində Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri cənab Milan Ekert “Təmiz Dünya” İctimai Birliyinin Sədri xanım Mehriban Zeynalova ilə görüşüb.
Xanım Zeynalova Səfirə həmkarları ilə birlikdə Bakıda məişət zorakılığı qurbanları üçün sığınacaqda qadın və uşaqlara göstərdiyi yardımlar, eləcə də gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın üzləşdiyi problemlər barədə məlumat verib. COVID-19 pandemiyası fonunda Çexiya Respublikasının bu problemin həllində Azərbaycana göstərə biləcəyi müxtəlif yardım formaları da müzakirə olunub.