english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Organisers of Intl Baku Jazz Festival 2024
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Marek Novotni triosu Bakı Beynəlxalq Caz Festivalında

17-27 oktyabr 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakıda YUNESKO-nun dəstəyi ilə “Ümumdünya Caz Günü Assosiasiyası”nın bir hissəsi olan Beynəlxalq Caz Festivalı keçirilib. Festivalın qonağı və ifaçısı çex caz bəstəkarı və pianoçusu cənab Marek Novotni, o cümlədən müğənni və bəstəkar xanım Allison Uiler və zərb alətində cənab Petr Nohavitsa olub.

Bakı Caz Festivalı dünyanın hər yerindən musiqi qruplarını bir araya gətirir. Builki festivalda Norveç, İtaliya, Polşa, ABŞ, İsveç, Avstriya, Türkiyə, Almaniya, Braziliya, Rumıniya, Moldova, Fransa, İsraildən musiqiçilər və ən nəhayət, ev sahibi Azərbaycandan bir sıra möhtəşəm caz musiqiçiləri iştirak ediblər. Festivalın təsisçisi və bədii rəhbəri məşhur azərbaycanlı caz saksofonçusu və bəstəkarı Rain Sultanovdur.

Allison Uiler Marek Novotni triosunda oxudu və Petr Nohavitsa zərb alətində müşayiət etdi. Təqdim olunan mahnılar arasında "Pavučina dní", "Raindrops", "Seaside", Alea, "Night Train" və sairələri var idi. Təşkilatçıların festivalın broşürasında yazdıqları kimi: “Marek çex caz ifaçılarının parlaq nümunəsidir”.

M. Lubojacký/translation O. Rzayeva

c Jazz Trio MN

c Jazz Trio MN