english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: (@MZV)
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Məryəm Xeyriyyə Mərkəzinə ziyarət

Çexiya Respublikasının Azərbaycandakı səfiri xanımı ilə Katolik Kilsəyə məxsus olan Məryəm Xeyriyyə Mərkəzini ziyarət etdilər. Onları Azərbaycanda Katolik Kilsənin rəhbəri don Vladimir Fekete müşayiət etdi. Bu imkandan istifadə edərək, don Fekete Çex səfirini cari ilin oktyabr ayında Papanın Bakıya səfəri münasibətilə Xatirə Medalı ilə təltif etdi.

Məryəm Mərkəzi Azərbaycanda 2004-cü ildən fəaliyyət göstərir və Slovakiyalı Salesianslar tərəfindən idarə olunur. Onların məqsədi ibtidai və orta məktəbin şagirdlərini zəruri mövzular və dərslər üzrə əlavə təlimlərlə təmin etməkdir. Bundan başqa Mərkəz fərdi bacarıqların inkişafına yönəldilən müxtəlif tipli kurslar və işsiz qalan gənclər üçün ixtisasdəyişmə kursları təklif edir.

 

Məryəm Mərkəzi icbari təhsilin bütün fənnləri üzrə (Azərbaycan dili və ədəbiyyatı, tarix, fizika, kimya, riyaziyyat), xarici dillər üzrə (İngilis, Alman, italyan, Rus), peşə təlimləri üzrə (santexnik, elektrik montyoru, qaynaqçı, bərbər, dərzi) və kompüter bilikləri üzrə (CISCO sertifikatlaşdırılmış kurslar, kompüter dizaynı və qrafikası, MS Office proqramları) dərslər təşkil edir. Bundan başqa Məryəm Mərkəzi əmək bazarında iş axtaran şəxsin şansını artıracaq qısamüddətli kurslar, uşaqlar üçün müxtəlif idman növlərini və onların boş vaxtları üçün fəqrli fəaliyyətlər təklif edir.

http://maryammerkezi.com/