“Liditse” 52-ci Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin azərbaycanlı iştirakçılarına mükafatlar təqdim olundu
14.05.2025 / 19:29 | Aktualizováno: 14.05.2025 / 19:41
Çexiyanın Azərbaycandakı Səfiri cənab Milan Sedlaçek “Liditse” 52-ci Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibi olmuş uşaqlara diplomlar təqdim etdi. Səfir çıxışı zamanı müsabiqənin tarixindən bəhs etdi və xatırladıb ki, bu il mayın 8-i Avropada ən böyük qlobal münaqişənin - İkinci Dünya Müharibəsinin başa çatmasından düz 80 il keçir.

“Liditse” Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi (https://www.mdvv-lidice.cz/) 1942-ci ildə nasist Almaniyası tərəfindən yerlə-yeksan edilmiş Çexiyanın Liditse kəndində həlak olmuş uşaqların xatirəsini əbədiləşdirmək və müharibədə həyatını itirmiş bütün digər uşaqları anmaq məqsədilə təsis edilib. Səfir Milan Sedlaçek İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyini xatırladaraq bildirib ki, bu cür hadisələr heç vaxt unudulmamalıdır ki, bir daha təkrarlanmasın. Belə bir xatırlatma xüsusilə bu günümüz üçün aktuallıq daşıyır.
Qalib gəlmiş uşaqlar, onların valideynləri və təmsil etdikləri məktəblərin müəllimləri ilə görüş 6 may 2025-ci il tarixində Səfirlikdə baş tutdu. Müsabiqənin 52-ci buraxılışının əsas mövzusu “Karvan”, əlavə mövzuları isə “Poçt” və “Ünsiyyət” olmuşdur.
Azərbaycanlı qaliblər- Əkbər Mütəllibov (13 yaş), Fatimə Rəsulzadə (11 yaş), Şamil Ramazanov (12 yaş), Zəhra Şükürzadə (13 yaş) və Fətimə Əmirova (15 yaş).