
Photo: Ofeliya Rzayeva
Lidice Beynəlxalq Uşaq İncəsənət sərgisi 2022-nin azərbaycanlı qalibləri mükafatlandırıldı
14.03.2023 / 10:17 | Aktualizováno: 14.03.2023 / 10:19
14 mart 2023-cü il tarixində Çexiyanın Azərbaycandakı Səfirinin Müavini Daniel Putik 50-ci Lidice Beynəlxalq Uşaq İncəsənət Sərgisinin iki azərbaycanlı qalibinə diplom təqdim etdi. 50-ci “Lidice” sərgisi Muzeylər mövzusuna həsr olunmuşdur.
Bu il Azərbaycandan qalib gələnlər Reyhanə İmaşova (14 yaş) və Zivər Rzayeva (13 yaş) idi.