
Lidice Beynəlxalq uşaq incəsənət sərgisi 2021-in azərbaycanlı qalibləri mükafatlandırıldı
03.11.2021 / 15:45 | Aktualizováno: 03.11.2021 / 15:48
3 noyabr 2021-ci il tarixində Çexiyanın Azərbaycandakı Səfiri Milan Ekert Lidice 49-cu Beynəlxalq Uşaq İncəsənət Sərgisinin iki azərbaycanlı qalibinə diplom təqdim etdi. 49-cu “Lidice” sərgisi Robotlar və Süni Zəka mövzusuna həsr olunmuşdur.
Bu il Azərbaycandan qalib gələnlər Gülxanım Əmirli (16 yaş) və Əsmər Məhərrəmova (15 yaş) idi.
“Muzey” gələn il, 50-ci “Lidice” sərgisinin mövzusu seçildi və bu sərgidə bütün dünyada 4-16 yaşlarında olan uşaqlar iştirak edə bilər. 11 Fevral 2022-ci il tarixi qeydiyyat üçün son tarixdir; daha ətraflı məlumatı İngilis və Rus dilində “Lidice” sərgisinin veb saytında əldə etmək olar.