
Jurnalistlər = dezinformasiyaya qarşı mübarizədə müttəfiqlər
07.05.2021 / 16:59 | Aktualizováno: 07.05.2021 / 17:00
2021-ci il Dünya Mətbuat Azadlığı Günündə (3 may) Avropa İttifaqı, Şərq Tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda “Jurnalistlər = dezinformasiyaya qarşı mübarizədə müttəfiqlər” adlı regional kommunikasiya kampaniyasına başladı.
COVID-19 pandemiyası dövründə hər zamankindən daha aydın oldu ki, etibarlı məlumatlar əldə etmək həyat və ya ölüm məsələsi ola bilər. Getdikcə çətinləşən bir mühitdə media nümayəndələri hər yerdə geniş və son dərəcə mürəkkəb məlumat axını əldə etmək, elmi həqiqətləri geniş ictimaiyyət üçün başa düşülən etmək, müntəzəm olaraq yenilənmiş məlumatlar vermək və faktiki yoxlama ilə məşğul olmaqla, pandemiya haqqında anlayışımıza əhəmiyyətli dərəcədə töhfələr verdi. Sərhədsiz Reportyorlar-ın (SR) Baş katibi Kristof Deluar, 2021-ci il Dünya Mətbuat Azadlığı İndeksini təqdim edərkən qeyd etdiyi kimi, "jurnalistika dezinformasiyaya qarşı ən yaxşı peyvənddir".
"İndi gördüyümüz dezinformasiya kampaniyaları peyvəndin sürətini zəiflədir və normal vəziyyətə qayıtmağı ən azından hipotetik olaraq bizim üçün ləngidir" deyə kampaniyada iştirak edən 29 jurnalist və media mütəxəssisindən biri olan ukraynalı Roman Koliada izah edir. Azərbaycanlı həmkarlarının fikirlərini videoda izləyə bilərsiniz.