english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Yeni əməkdaşlığın əvvəlində

Çexiyanın Bakıdakı Səfirliyinin nümayəndələri enerji qənaətinə yönəlmiş layihəyə hazırlığı davam etdirmək üçün Qaravəlli kənd məktəbini ziyarət etdilər. Nümayəndələrin səfəri məktəbin enerji balansını yaxşılaşdırmağa yönəldilən əvvəlki tədbirin davamı idi.

Görüş zamanı yerli şuranın sədri və məktəb direktoru ilə layihənin ayrı-ayrı mərhələləri müzakirə olundu. Enerjinin qənaəti üzrə texnologiyalarının tətbiqi məktəb şagirdlərinin fəallığı ilə müşayiət olunacaq. Onlar, məsələn, enerjiyə qənaət ilə bağlı şəkillər çəkməlidirlər. Onların işləri Belarusiyada növbəti müsabiqədə təqdim olunacaq. Gomel məktəbinin şagirdləri Qaravəlli dostlarını ilhamlandırmaq üçün şəkillər göndəriblər.

Qaravəllidə hədiyyə olunan Studnice u Nachoda-da ibtidai məktəb şagirdlərinin çəkdiyi şəkillər qarşılıqlı əməkdaşlığın daha bir mərhələsini açmalıdır. Qaravəllinin nümayəndələri növbəti ildə enerjiyə qənaət sahəsindən əlavə olaraq, digər sahələrdə də əməkdaşlığın qurulması üçün bəzi Çex kəndlərinə ziyarət edəcəklər.

1