Iqtisadiyyat Universitetinin prorektoru Bakıya səfər etdi
09.10.2017 / 16:57 | Aktualizováno: 17.10.2017 / 17:02
Çexiya Respublikasının ali və orta məktəblərinin sayı burada münasib qiymətə keyfiyyətli təhsili tapan Azərbaycan tələbələri tərəfindən diqqətlə müşahidə edilir.
Bundan əlavə qəbul imtahanları Çex dilində verəndə onların təhsil haqqını ödəmədən (pulsuz) oxumaq imkanı var.
Çexiya məktəbləri xarici tələbələrin axınının qarşısını almır, əksinə onların sayını daha da artmasına kömək göstərirlər. Keçmiş postsovet məkanından gələn tələbələr ən çox Praqanın İqtisadiyyat Universitetini seçirlər. Ona görə də təəcüblü deyil ki bu Universitetinin prorektoru cənab Yakub Fişer atası statistika səhəsində görkəmli şəxs olan cənab Yan Fisher müşayiətilə təkcə öz ali məkətbini yox, eləcə də “Master of Statistic” proqramını tətbiq etmək üçün Bakıya səfər etdi.
Bakıda olduğu zamanı “statistika tandemi” Azərbaycan Dövlət Statistika Komitəsini ziyarət etdilər və orada komitəsinin sədri cənab Tahir Budaqov ilə görüşdülər. Bundan sonra onlar Azərbaycan Diplomatik Akademiyasının prorektoru cənab Fariz İsmayılzadə ilə görüş keçirtdilər. Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru cənab Ədalət Muradov və Bakı Dövlət Universitetinin İqtisadiyyat Fakültəsinin dekanı cənab Zeynal Həsənəliyev ilə keçirilmiş danışıqlar hər iki universitetinin tələbələri üçün iki mühazirə ilə müşahidə olundu.
Hər iki mütəxəssis tərəfindən keçirilmiş təqdimatı həm statistikaya həm də Çexiya Respublikasında təhsil almaq imkanlarına marağını göstərən canlı müzakirələrilə müşahidə olundu.