Gənc rəssamlar Çexiya Respublikasının Bakıdakı Səfirliyində mükafatlandırıldı
20.10.2015 / 08:48 | Aktualizováno: 22.10.2015 / 09:01
20 oktyabr 2015-ci il tarixində Bakının incəsənət məktəblərinin dörd şagirdi valideyn və müəllimlərinin iştirakı ilə Lidice 43-cü Beynəlxalq uşaq incəsənət sərgisində qalib gələn əsərlərinə görə Çex Səfiri Vitezslav Pivonka tərəfindən mükafatlandırıldı.
Səfirlikdə keçirilən bu ənənəvi görüş çox səmimi mühitdə təşkil oldunduğuna görə gənc rəssamlar əsərlərinin hazırlanma prosesi, eləcə də gələcək yaradıcı planları ilə bölüşdülər.
Uşaqlar növbəti 44-cü sərgidə iştirak etmək istəyini, xüsusilə mövzunun onlara çox yaxın olduğunu bildirdilər: Məktəb? Təhsil!
Bu il Azərbaycandan 102 incəsənət nümunəsi göndərilmişdir.