Eurovillage - Avropa Şəhərciyi 2018 Bakıda
03.06.2018 / 17:05 | Aktualizováno: 05.06.2018 / 17:14
Çexiya Respublikası, Avropa Şəhərciyi 2018 tədbiri çərçivəsində özünü Azərbaycanlılara təqdim edib. Bizim stendimizdə qonaqlar Çexiyanın məşhur turistik yerləri, təhsil imkanları və biznes mühiti ilə tanış olmaq şansı əldə etmişdilər. Səfirlik komandası Çex dilində əyləncəli mühazirə hazırlamış və klassik nağıllardan biri olan “Budulinek”-i Azərbaycan dilinə tərcümə etmişdir. Nağıl, tədbir zamanı yerli aktyor tərəfindən üç dəfə oxunub və hər dəfə ayaqda alqışlanmışdır.