EU Bakıda film festivalı
28.10.2016 / 17:45 | Aktualizováno: 03.11.2016 / 13:46
3-12 noyabr tarixlərində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi sizi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri və "Park Cinema" şəbəkəsi ilə birgə təşkil olunmuş 7-ci Avropa Film Festivalına dəvət edir. Bu il təşkil olunan festivalın rekord sayda iştirakçısı var – 19 avropa filmi və Azərbaycan filmi. Hər bir film və tədbirlər barədə əlavə məlumat burada təqdim olunacaq. Giriş sərbəstdir, lakin biletləri film nümayiş etdirilən gün kassalardan götürmək lazımdır.
8 noyabr 2016-ci ildə saat 8:20-də „Flame Tower“ kinoteatrında (nəzərdə saxlayın ki, kassada bir nəfərə yalnız iki bilet veriləcək və seansa vaxtında gəlməyiniz xahiş olunur).
Facebok səhifəsində bizim filmə səs verməyi unutmayın:
https://www.facebook.com/events/1595118364122948/?active_tab=discussion
http://parkcinema.az/movies/view/3670/duzgun-oyun#schedule
Fair Play
Çexiya / Slovakiya / Almaniya, 2014, 100 min
Rejissor: Andrea Sedláčková
Ssenari müəllifi: Andrea Sedláčková
Operator: Jan Baset Střítežský
Musiqi: David Solař, Miroslav Žbirka
Rollarda: Judit Bárdos, Aňa Geislerová, Eva Josefíková, Roman Luknár, Ondřej Novák, Ondřej Malý, Jiří Wohanka, Igor Bareš, Roman Zach, Taťjana Medvecká, Slávek Bílský, Michaela Pavlátová, Berenika Kohoutová, Vlastina Svátková, Sára Polyaková, Tereza Gübelová
Çexoslovakiya 1980-ci il. Gənc istedadlı sprinter Anna (Judit Bárdos) milli yığmaya seçilir və Olimpiya Oyunlarına hazırlaşmağa başlayır. Hazırlığın bir hissəsi kimi o, məxfi "tibb proqramında" iştirak edir və ona anabolik steroidlər vurulur. Annanın göstəriciləri yaxşılaşır, lakin məşqlərdə yıxılandan sonra o narkotiklər haqqında həqiqətləri öyrənir. Annanın anası (Anna Geislerova) onun digər idmançılardan geri qalacağından, Olimpiyadaya uyğun olmayacağından və nəticədə mühacirətə yeganə şansını itirəcəyindən narahat olsa da, Anna məşqlərini steroidsiz davam etməyə qərar verir. Anna sonuncu yarışı başa çatdırandan sonra anası məşqçiyə (Roman Luknar) qızının steroid qəbul etmədiyini deyir. Onlar gizli olaraq Annaya yüngül vitamin adı altında steroidlər verməyə başlayırlar.