Çexiya Respublikası söz və şəkillərdə
18.02.2016 / 15:38 | Aktualizováno: 22.02.2016 / 09:50
17 Fevral 2016-cı il tarixindən başlayaraq Çexiya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakı Slavyan Universitetinin (BSU) çexiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə silsilə mühazirələr və Çex dilindən praktik dərslər təşkil edilir. İlk mühazirəni Çexiyanın Azərbaycandakı səfiri cənab Vitezslav Pivonka oxuyub.
Cənab Pivonka və BSU rektoru cənab Kamal Abdullayev mühazirədən öncə qisa görüş keçirdiblər. Görüş zamanı qarşılıqlı əməkdaşlığın digər imkanları da müzakirə olunub.
Çexiya Respublikası söz və şərillərdə adlanan mühazirələr kursu Universitetlə Səfirlik arasında olan və daimi inkişaf edən əməkdaşlığının nümunələrindən biridir. Səfirliyin əməkdaşları tərəfindən aparılacaq mühazirələr bir semestr ərzində davam edəcək