english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiya Respublikasının Azərbaycanın qərb rayonlarına səfəri

Son illər ərzində Azərbaycanda Avropa ideyasını dəstəkləyən tədbirlərin keçirilməsi uğurlu bir ənənəyə çevrildi. Avropa günü 2013-cü ildən başlayaraq mütəmadi şəkildə Bakıda keçirilir və Çexiya Səfirliyi həmişə bu tədbirin fəal iştirakçılarından olur. Bu il üzv ölkələr artıq formalaşmış ənənəyə qarşı olaraq tədbiri fərqli yanaşma ilə təşkil etdilər. Azərbaycanın qərb rayonlarına iki günlük tur tamamilə yeni konsepsiya olaraq Regionlara Aİ Avtobus Turu adı altında yarandı. Aİ Nümayəndəliyi məhz bu tədbir üçün Azərbaycan ilə Aİ arasında olan əməkdaşlığın 25 illik yubileyinə həsr olunan və Aİ rəngləri ilə boyadılan avtobus təşkil etmişdir. Avtobusun orijinal dizaynı tədbirin keçirilməsinə böyük töhfə vermiş oldu. Belə ki, avtobusun marşrutundan asılı olmayaraq, o, yerli sakinlərin diqqətini dərhal özünə cəlb edirdi.

Yerli və xarici ziyarətçilər tərəfindən yüksək qiymətləndirilən tura zəngin mədəniyyət proqramı daxil idi. Təsadüfi deyil ki, təşkilatçılar turun birinci hissəsi üçün məhz Şəmkir şəhərini seçdilər. Bu cazibədar şəhər on doqquzuncu əsrin sonunda orada məskunlaşan alman miqrantlarının tikdiyi və onların irsi kimi qalan protestant kilsəsi və gözəl Avropa memarlıq abidələri ilə zəngindir.

Xarici qonaqların şərəfinə təzə bərpa edilmiş kilsədə klassik musiqi, Azərbaycan opera və orqan ifaçıları ilə birgə səsləndi. Bundan başqa, müxtəlif diplomatik missiyaların nümayəndələri rəsm müsabiqəsini qiymətləndirərək, gənc rəssamların mükafatlandırılmasında iştirak etdilər.

Turun ikinci günü Gəncə şəhərinin ziyarəti ilə davam etdi. Azərbaycanın qərbində yerləşən Gəncə, ölkənin ikinci ən iri şəhəri sayılır və Çexiyanın Olomouts şəhəri ilə qardaş şəhərlərdir. Tədbirin möhtəşəm finalında 13 Aİ üzv ölkələrinin stendlərindən ibarət olan Avropa Şəhərciyi ilə davam etdi. Avropa Şəhərciyini 3000-dən artıq qonaq ziyarət edərək, Aİ-də gedən inkişaflara, eləcə də təhsil və istirahət imkanlarına böyük maraq göstərdilər. Tədbir açıq havada konsert proqramı ilə davam etdi. Hətta güclü yağan yağış ziyarətçilərin gözəl əhval-ruhiyyəsinə təsir edə bilmədi.