Çexiya Respublikası Bakıda keçiriləcək Avropa Şəhərciyində iştirak edəcək
29.09.2016 / 00:57 | Aktualizováno: 29.09.2016 / 01:16
Sizi Aİ ilə Azərbaycan arasında Tərəfdaşlığın 25 ilini bizimlə qeyd etməyə dəvət edirik. 1 oktyabr 2016-ci il tarixində saat 2:00 p.m. keçiriləcək Avropa Şəhərciyi ənənəvi tədbirə bizə qoşulun. Nəzərə alın ki, Avropa Şəhərciyi ilk dəfə olaraq Bakı Bulvarında təşkil olunacaq! Çex stendində Siz ölkəmizin turizm obyektləri, mədəniyyət və təhsil imkanları haqqında daha çox öyrənmək imkanını əldə edəcəksiniz. Bundan əlavə Siz, Çex dili haqqında əyləncəli mühazirələrə, balacalar isə Azərbaycan dilinə tərcümə olunmuş "Budulinek haqqında" nağıla qulaq asa biləcəksiniz. Biz sizi səbirsizliklə gözləyirik!
Proqram haqqında daha ətraflı məlumatı Aİ-nin nümayəndəliyinin Facebook səhifəsində görə bilərsiniz:http://Proqram haqqında daha ətraflı məlumatı Aİ-nin nümayəndəliyinin Facebook səhifəsində görə bilərsiniz.