english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: (@MZV)
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiya Respublikası Bakıda ADA Universitetinin Beynəlxalq Festivalında

Cümə günü, 20 aprel 2018-ci il tarixində Bakıda ADA Universitetinin binasında, bu nüfuzlu ali təhsil ocağının tarixində artıq altıncı dəfə Beynəlxalq Festival keçirildi. Bu il 40 dövlət ənənəvi tədbirdə iştirak etmək qərarına gəldi. Festival mütəmadi olaraq, ADA-nın tələbələrinin iştirakçı ölkələrin mədəniyyət, turizm və təhsil imkanları ilə tanış etmək məqsədi ilə Universitetdə keçirilir.

Gənc Azərbaycanlıların arasında turistik istiqamət və Çex universitetlərində təhsil imkanları sayəsində Çexiya Respublikasının stendi iştirakşıların böyük diqqətini cəlb etdi. Nə tələbələr, nə də onların valideynləri Çexiyanın məşhur cizgi filmi personajı olan və Azərbaycanlı uşaqlar arasında çox populyar olan Balaca Köstəbək ilə selfi etmək imkanını qaçırtmadılar.

Çexiya Respublikası Bakıda ADA Universitetinin Beynəlxalq Festivalında

Çexiya Respublikası Bakıda ADA Universitetinin Beynəlxalq Festivalında