english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Aydin Sadikhov
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

"Çexiya Dəmir Yollarının Tarixi" fotosərgisi

Çexiyanın Bakıdakı Səfirliyi Azərbaycan Dəmir Yolları QSC ilə birgə tanınmış fotoqraf Aydın Sadıxovun “Çexiya Dəmir Yollarının tarixi” adlı fotosərgisini təşkil edib. Sərgi 20 may – 1 iyun 2024-cü il tarixlərində Azərbaycan Dəmir Yolu Muzeyinin bərpa olunmuş gözəl binasında - Sabunçu Dəmir Yolu Stansiyasının tarixi binasında keçirilir. Rakovnik yaxınlığındakı Lujna kəndində Çexiya Dəmir Yolları Muzeyinin kolleksiyalarından unikal dəmir yolu texnikası və lokomotivlərinin fotoşəkilləri nümayiş olunub.

Mayın 20-də keçirilən sərginin açılışında həm yerli qonaqlar, həm də beynəlxalq ictimaiyyət nümayəndələri iştirak etmiş, eyni zamanda Bakıdakı ibtidai məktəb şagirdlərinin iştirakı xoş və arzuolunan olmuşdur. Sərgidə Azərbaycan Dəmir Yollarının nümayəndəsi Aybəniz xanım İsmayılova açılış nitqi ilə çıxış edib, daha sonra Çexiya Səfirliyinin nümayəndəsi qısa çıxış ilə davam edib və sərginin müəllifi, tanınmış art-fotoqraf, səyyah və incəsənət kuratoru cənab Aydın Sadıxov təqdimatda maraqlı məlumatlarla çıxış edib. Fəxri qonaqlar arasında Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri də olub.

Sərgidə nümayiş etdirilən fotomateriallar cənab Sadıxov tərəfindən, Çexiya Dəmir Yolları ilə əməkdaşlıq çərçivəsində, xüsusən də Rakovnik yaxınlığındakı Lujna kəndində Çexiya Dəmir Yolları Muzeyi ilə əməkdaşlıqda çəkilmişdir.

Sərgi 20 may – 1 uyun 2024-cü il tarixlərində Azərbaycan Dəmir Yolu Muzeyinin gözəl, yeni təmir olunmuş binasında - tarixi Sabunçu Dəmir Yolu Stansiyasında keçiriləcək. Bir neçə illik covid fasiləsindən sonra bu, burada təşkil olunan ilk beynəlxalq sərgidir. Fotolayihə tarixi lokomotivlər və qatarlar, dəmiryol stansiyalarının memarlıq strukturları və maraqlı dəmir yolu texnikası dünyasına nəzər salmaq üçün gözəl imkan yaradır.

Sərginin keçirilmə vaxtı çox aktual idi. Azərbaycan dəmir yolu şəbəkəsinin genişləndirilməsinin mühüm rol oynadığı əsas qlobal tranzit qovşağına çevrilir. Sərgi, Azərbaycan Dəmir Yollarının Kommunikasiya departamentinin direktoru Aybəniz xanım İsmayılovanın vurğuladığı kimi, ilkin tikintisində Çexiya Respublikasının iştirak etdiyi genişləndirilmiş və təkmilləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin (BTQ) istifadəyə verildiyi gün baş tutub. Son genişləndirmə BTQ dəmir yolunun illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

M. Lubojacký; translation O. Rzayeva

Linklər:

https://www.facebook.com/AzerbaycanDemirYollari/videos/3668778880009368/?mibextid=rS40aB7S9Ucbxw6v

https://www.azernews.az/nation/226460.html

https://www.youtube.com/watch?app=desktop&si=zvJmPzQI3EuF8Hni&v=Vhy8QszZFgE&feature=youtu.be

 

fotograf Sadikhov

fotograf Sadikhov

 

hosté

hosté

 

školní třída

školní třída

 

Hurvínek a Orchestrión

Hurvínek a Orchestrión

 

Kafemlejnek

Kafemlejnek