Çex və Moraviya mahnıları Kalipsoda səsləndi
02.05.2016 / 11:29 | Aktualizováno: 05.05.2016 / 11:34
28 aprel 2016-cı il tarixində Kalipso klubunun mütəmadi musiqi programı gözlənilmədən Çex repertuarı ilə zənginləşdi. Bakıda özəl səfərdə olan Znoymiyalı xalq müğənnisi Drahoş Xaloupetski klubu ziyarət etdi.
Yerli gitaraçı Moraviya həmkarı ilə musiqi instrumentini bölüşdü və nəticədə bir neçə saat ərzində Azərbaycan, Çex və Moraviya mahnıların qarışığı ifa olundu. İfa tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Çex və Moraviya xalq mahnıları ilə tanışlıq “We shall overcome” mahnısı ilə başa çatdı.
Odissey əhvalatında olduğu kimi Kalipso da Drahoşu buraxmaq istəmirdi.