Çex universitetlərinin keçmiş məzunları Səfirlikdə toplaşdılar
21.06.2025 / 16:20 | Aktualizováno: 13.09.2025 / 16:25
17 iyun 2025-ci il tarixində Çexiya Respublikasının Bakıdakı Səfirliyində Çexiya Respublikasında ali təhsil almış və təhsillərini çex dilində almış azərbaycanlı tələbələrin Səfir Milan Sedlaçek ilə “ikinci illik” dostluq görüşü keçirildi.
Son iyirmi il ərzində xarici tələbələr arasında Çexiya Respublikasındakı universitetlərdə təhsil almağa maraq artmaqdadır.
Tələbələr ölkələrimiz arasında dostluq münasibətlərinin formalaşmasına kömək edirlər. Onlar Çexiyanın Azərbaycanda müsbət imicinin yaradılmasına, eyni zamanda Azərbaycanın Çexiyada müasir və inkişaf etmiş dost ölkə kimi təqdim olunmasına töhfə verirlər.
Xarici Əməkdaşlıq Evinin tədqiqatına görə, Çex universitetləri xarici tələbələri əsasən təhsilin yüksək keyfiyyəti ilə cəlb edir.
