english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

“Çex Kukla Sənəti”

Bakıda keçirilən “Çex Kukla Sənəti” adlı foto sərgi yerli media nümayəndələrinin xüsusi marağına səbəb olub. Tanınmış azərbaycanlı fotoqraf Aydın Sadıxovun müəllifi olduğu sərgi 30 aprel 2025-ci il tarixində Xətai Sənət Mərkəzində Çex Səfiri cənab Milan Sedlaçek tərəfindən açılıb. Sərgidə Plzen və Çeski Krumlov kukla muzeylərinin nadir tarixi kolleksiyalarından olan marionetlərin fotoşəkilləri nümayiş olunub. Bu kolleksiyalara əfsanəvi çex kukla ustalarının və oymaçılarının – məşhur “Şpeybl və Hurvinek” kukla duetinin banisi cənab Yozef Skupa, dünya şöhrətli illüstrator, qrafik dizayner və animator cənab Yirji Trnka, marionet və kuklaların yaradıcılarından biri olan cənab Qustav Nosek və digər ustaların əsərləri daxildir. 

Çex kuklaçılıq sənətinin tarixi XVIII–XIX əsrlərə gedib çıxır və həmin dövrdə səyyar kuklaçılar şəhərdən-şəhərə gəzərək tamaşalar göstərirdilər və bu tamaşaları çex dilində təqdim etməklə xalq arasında o dövrdə sıxışdırılan ana dilin inkişafına töhfə verirdilər. Zamanla kukla düzəltmə ənənəsi ailə sənəti kimi nəsildən-nəslə ötürülməyə başlamışdır. Kuklaçılar tez-tez xalq və nağıl personajlarına əsaslanaraq öz marionetlərini oyaraq hazırlayır və bütün obrazları təkbaşına idarə və səsləndirirdilər. Bu, tel üzərində hərəkət edən kuklaların bərk hərəkətini ifadəli vokal ifalarla tarazlayan unikal üslub yaratmışdır. Çex kuklaçılıq sənətinin uzunmüddətli ənənəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə təsdiqlənmişdir.

Çexiyada kukla sənəti bu gün də yaşayır və yüksək inkişaf səviyyəsinə malikdir. O, milli mədəniyyətin əsas ünsürlərindən biri sayılır. Çex Respublikasında doqquz peşəkar kukla teatrı, yüz müstəqil kollektiv və üç yüz həvəskar kollektiv fəaliyyət göstərir.

Foto sərginin əsas hissəsini tamamlayan layihə çərçivəsində həmçinin dünyanın müxtəlif bölgələrindən – o cümlədən Kamerunun şimal dağlarında balqabaq və buynuz xalq oyma sənəti ilə hazırlanmış nümunələr kimi – ənənəvi kukla və marionet nümunələri də təqdim olunub.

(Lubojacký, translation: Rzayeva)

Media coverage:

https://www.trend.az/life/culture/4041551.html, https://news.day.az/culture/1751321.html

https://novayaepoxa.com/v-baku-sostoyalos-otkrytie-fotovystavki-aydyna-sadykhova/529164,

https://www.youtube.com/watch?v=GfqGIvm2rFY&t=34s&ab_channel=M%C9%99d%C9%99niyy%C9%99tTV

https://www.azernews.az/culture/241362.html, https://www.azernews.az/culture/241387.html

 

fotograf Sadikhov a velvyslanec Sedláček

fotograf Sadikhov a velvyslanec Sedláček

 

výstava I

výstava I

 

výstava II

výstava II

 

výstava III

výstava III

 

Indiáni

Indiáni

 

Holmes

Holmes

 

žena s čerty

žena s čerty