Çex biologiya tədqiqat qrupu Azərbaycanda
08.07.2016 / 20:41 | Aktualizováno: 13.07.2016 / 15:10
Hər yayın əvvəlində Çexiyanın Bakıda Səfirliyinin əməkdaşlarının on il əvvəl başlanmış tədqiqatı davam etdirmək üçün mütəmadi olaraq Azərbaycana gələn Çex bioloqları ilə görüşü artıq xoş bir ənənəyə çevrilmişdir.
Onlar bu il Lənkəranda növbəti araşdırmalarını apardılar və ilk dəfə olaraq qərbi Azərbaycan ərazisi olan Naxçıvanı ziyarət etdilər. Praqa Karlov Universiteti ilə Bakı Dövlət Universiteti arasında bioloqların qarşılıqlı elmi əlaqələri yalnız Çex bioloqlarının Azərbaycana səfərləri ilə məhdudlaşmır, Azərbaycanlı bioloqları da Çexiyaya oxşar səfərlər həyata keçirdirlər.
Səfirlikdə səfir cənab Vitezslav Pivonka ilə müzakirələr zamanı qrupun üzvləri öz tədqiqatlarının nəticələri və Azərbaycanda gələcək fəaliyyətləri ilə bölüşdülər. Çox gözəl haldır ki, biologiya üzrə tədqiqatlar Çexiya ilə Azərbaycan arasında elm sahəsində olan əməkdaşlığın mühüm bir hissəsinə çevrilmişdir.