Bakı Slavyan Universitetində Çex Dili və Mədəniyyəti Mərkəzi 5 illik yubileyini qeyd etdi
19.10.2015 / 09:01 | Aktualizováno: 22.10.2015 / 09:09
Çexiya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Vitezslav Pivonka Bakı Slavyan Universitetində Çex Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının 5 illik yubileyinə həsr olunmuş bayram tədbirində iştirak etdi.
Universitetin rektoru cənab Asif Hacıyev də bayram tədbirinə qatılmışdır. Rektor Haciyevin Səfir Pivonka ilə görüşü zamanı Səfirlik və BSU arasında əlaqələrin gələcək inkişaf imkanları müzakirə olundu. Səfir Pivonka öz çıxışında Çexiya-Azərbaycan qarşılıqlı münasibətlərinin qurulmasında Mərkəzin əhəmiyyətini yüksək qiymətləndirdi.