Bakı Dövlət və Karlov Universitetlərinin birgə zooloji ekspedisiyası
12.07.2019 / 17:50 | Aktualizováno: 12.07.2019 / 18:05
2019-cu ilin iyun ayında Praqa şəhərində yerləşən Karlov Universitetinin Təbiət Elmləri fakültəsi və Bakı Dövlət Universitetinin Biologiya fakültəsi, İran sərhədində Talış dağlarına və Böyük Qafqazın Quba rayonuna zooloqların növbəti birgə ekspedisiyasını təşkil etmişdirlər. Öz sahələri üzrə tədqiqat prosesində, Azərbaycanlı həmkarları ilə birlikdə Prof. Daniel Frynta, Ph.D. və Dr. Miroslav Švátora tərəfindən nəzarət ilə Çexiyanın Bakalavr, Magistr və Doktorantura tələbələri amfibiyaların, çay balıqlarının, sürünənlərin və gəmiricilərin sayına dair monitorinqə yönəldilmişdirlər.
Bakı Dövlət Universiteti və Karlov Universitetinin zooloqlarının illik ekspedisiyaları, tələbə və müəllimlərin hepetologiya, ixtiologiya və digər sahələrdə istifadə olunan tədqiqat materiallarını toplayan fakültələrinin birgə səyləri nəticəsində Azərbaycanda 1973-cü ildən bu yana yaranmış əməkdaşlığın izləri ilə davam edir. 1990-ci ildə onun müvəqqəti dayandırılmasına qədər, Praqada Təbii Elmlər Fakültəsinin 180 tələvə və müəllimi Azərbaycana, eyni zamanda Bakı Dövlət Universitetindən eyni sayda həmkarları Çexoslovakiyaya səfər edib.
Yeni minillikdə keçmiş əməkdaşlıq, Dr. Švátora və 1967-ci ildə Pragda təhsil alması səbəbindən Çex dilini öyrənmiş Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin hazırki dekanı Prof. Akif Quliyev daxil olmaqla, Çexiya və Azərbaycan biologları arasında dostluq münasibətləri əsasında bərpa olunmuşdur. 2010-cu ildə iki fakültə Qarşılıqlı Anlaşma Haqqında Memorandum imzalamış və Bakı Dövlət Universiteti və Karlov Universiteti arasında 2013-cü il Əməkdaşlıq Haqqında Sazişinə yol açmışdır. Son on il ərzində, Erasmus + proqramı çərçivəsində müntəzəm olaraq tələbə və müəllimlərin mübadiləsini aparan "qabaqcıl" fakültələr tərəfindən başlanan əməkdaşlıq digər təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universitetinin Kimya fakültəsinə və Praqa Kimya və Texnologiya Universiteti həmçinin, Praqa yaxınlığında Klecany-dəki Psixi Sağlamlıq üzrə Milli İnstitutu ilə davam etdirilmişdir. 2011-ci ildə bərpa edilən, Azərbaycanla birgə zooloji ekspedisiyaların ənənəsi, beynəlxalq tədqiqatlardan başqa, Azərbaycanlılar və Çexlər arasında əlaqələrin inkişafına və ümumiyyətlə, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün vacib olan daha yaxşı qarşılıqlı anlayışa səbəb olmuşdur.