english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

Bakıda 5-6 may 2017-ci il tarixlərində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi.  UNESCO-nun “kişi və qadınların şüurunda sülhü möhkəmləndirmək” şüarı Forumda dövlətlərin aparıcı nümayəndələrini, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, mədəniyyət sahəsinin mütəxəssisləri, ekspertləri, ziyalıları, bu günümüz və gələcəyimiz haqqında düşünən digər şəxsləri bir araya gətirdi.
 

Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədr müavini Radek Vondraçek Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təşkil olunmuş “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” adlı paneldə iştirak etdi. Parlamentlərin işini xülasə edərək cənab Vondraçek söylədi: Mən qətiyyən əminəm ki, razılığa həmişə gəlmək olar. Hər bir zaman körpünü sındırmaq yox, tikmək mümkündür. Maneələr aradan qaldırıla bilər. Qorxu və nifrətin dərmanı bilik və qarşılıqlı anlaşmadır. İsmarıclarımız sayəsində biz başqalarından daha çox bilik və anlaşma prosesinə təsir göstərməyə qadirik. Ona görə də biz daha çox məsuliyyət daşıyırıq. Gəlin, öz imkanlarımızdan istifadə edək. Məsuliyyətli olaq. Gəlin, sivilizasiyalar və mədəniyyətlər arasında həmin körpüləri tikək.

Cənab Vondraçek Bakıda səfər müddətində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini cənab Valeh Ələsgərovla görüşdü.