Bakıda Çex milli rəngləri
04.08.2016 / 13:46 | Aktualizováno: 31.08.2016 / 13:54
Azərbaycanın paytaxtında müstəsna bir futbol tədbiri keçdi. Avqustun 2-də Viktoria Plzeň komandası "Qarabağ" futbol klubu ilə Tofiq Bəhramov stadionunda Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində qarşılaşdı. Yüzdən artıq Çex azarkeşləri sona qədər stadionda komandalarını dəstəklədilər. Futbolçularımız matçın sonuna cəmi 4 dəqiqə qalmış oyunun gedişatını dəyişdi, Mixael Krementsik hesabı 1:1 olaraq bərabərləşdirdi.
Krementsik-in qolu Viktoria Plzeň-in Avropa çempionatının payız mövsümündə və daha da önəmli olan Çempionlar Liqasının „pley-off“da iştirakını təmin etdi. Praqadan dörd saat uçmaqdan çəkinməyən və sözün əsl mənasında öz komandasını qələbəyə aparan Plzeň azarkeşlərinin fəal dəstəyi olmadan belə bir nəticəni əldə etmək mümkün olmazdı. Çex bayraqlarının Azərbaycan bayrağının rəngləri arasında itmədiyini görmək və həlledici anlarda Çex dilində mahnı oxuyanları eşitmək çox sevindirici idi. Viktoria oyunçuları öz növbəsində matçın sonunda azarkeşlərini simvolik olaraq alqışladılar.