english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Baku State University
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Bakıda beynəlxalq konfransda Çexiyanın “millətlərin pedaqoqu” Komenskinin xatirəsi yad edilib

4-5 aprel 2019-cu il tarixlərində, Bakı Dövlət Universiteti (BDU), Comenius(1592 – 1670) kimi tanınan böyük Çex pedaqoqu Yan Amos Komenski xatirəsinə həsr olunmuş Azərbaycanda 1-ci beynəlxalq konfransa ev sahibliyi etmişdir. BDU və Praqadakı Karlov Universitetinin pedaqoji fakültələri, eləcə də Praqada yerləşən Y.A.Komenski Milli Pedaqoji Muzey və Kitabxanası ilə birgə təşkil edilən „Təhsildə Klassik və Müasir Yanaşmalar“ mövzusunda konfrans Azərbaycan, Çexiya Respublikası, Hindistan, Monteneqro, Koreya Respublikası və Rusiya Federasiyasından müəllimlərin böyük bir qrupunu bir araya gətirmişdir.

BDU-nun Prorektoru Prof. Aydın Kazımzadə, BDU-nun Pedaqoji Fakültəsinin Dekanı Prof. Hikmət Əlizadə, Psixologiya Kafedrasının Müdiri və Milli Məclisin Deputatı Prof. Bəxtiyar Əliyev və Çexiya Respublikasının Bakıdakı Səfirinin müavini cənab Daniel Putikin açılış nitqindən sonra, onlarla müəllim Komenskinin həyatı, fəaliyyəti və irsinin müxtəlif aspektlərinə həsr olunmuş sənədləri təqdim ediblər. Çex müəllim qrupuna, Romadakı Çex Tarixi İnstitutunun Direktoru Prof. Yaroslav Panek, Pardubitse Universitetinin Prorektoru Prof. Petr Vorel və Y.A.Komenski adına Milli Pedaqoji Muzey və Kitabxanasının Direktoru Dr.Marketa Pankova daxildir. Beynəlxalq elmi əməkdaşlığın inkişafına töhfə olaraq Çexiya Xarici İşlər Nazirliyi iki müəllim – Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin tanınmış psixoloqu Prof. Andrey Verbitski və qədim Hindistan universitetlərinin irsinə yönəlmiş Yeni Dehli Milli Təhsil Planlaşdırma və İdarəetmə Universitetindən Prof. Bala Gangadhar Tilak Jandhyala üçün səfər xərclərini əhatə etmişdir.

Konfrans barədə ətraflı məlumat internetdə yerləşdirilib.

Галереи


Comenius Conference at the Baku State University, 4-5 April 2019