![na_celou_sirku](/public/8f/c0/bb/4400366_2709283_Flyer.png)
Animafilm 2021 Çexiya Respublikasının dəstəyi ilə Bakıda keçirildi
14.09.2021 / 12:21 | Aktualizováno: 14.09.2021 / 16:30
Bakıda 3-7 sentyabr 2021-ci il tarixlərində Əlillik mövzusuna həsr olunmuş IV Animafilm Beynəlxalq Animasiya Festivalı keçirilib. Əvvəlki illərdə olduğu kimi tədbir Çexiya Respublikası tərəfindən dəstəkləndi.
Çexiya Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə festivalda Çex istehsalı olan 4 film nümayiş olundu: Andrea Seleşovanın “Bacılar”, Eva Mateyoviçovanın “Ziyarətgah” və Lucie Vostarkovanın “Səhv” (Praqa yerləşən Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsi) və Aleksandra Mayovanın “Paltaryuyan”. Andrea Seleşova-nın “Bacılar” filmi Beynəlxalq münsiflər heyətinin xüsusi seçimi mükafatını qazanmışdır.