Animafilm 2020 Çexiya Respublikasının dəstəyi ilə Bakıda keçirildi
27.10.2020 / 12:02 | Aktualizováno: 02.11.2020 / 06:46
Bakıda 14-18 oktyabr 2020-ci il tarixində onlayn formatda III ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festival 2019-cu ildə olduğu kimi, Çexiya Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə baş tutdu.
Bu ilki ANIMAFILM proqramına heç bir əyləncə daxil deyildi və müharibə dövründə gənclərin maarifləndirilməsinə yönəlmişdi. 2018 və 2019-cu illərdə olduğu kimi, açılış və bağlanış mərasimləri, eləcə də animasiya ustad dərsləri, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin qaydalarına uyğun olsa da Bakıda keçirildi.
14 oktyabr açılış mərasimində Festivalın təsisçisi Rəşid Ağamalıyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, Azərbaycan animasiyasına verdiyi töhfəyə görə 2020 ANIMAFILM Beynəlxalq Animasiya Festivalının Qızıl Qayıq mükafatı laureatı Hafiz Əkbərov və Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfir müavini Daniel Putik, həmçinin Uşaq Münsiflər heyətinin üzvü Nurcahan Məmmədli iştirak etdi.
Çexiya Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi Praqa Səhnə Sənətləri Akademiyasının Film və TV Məktəbindən Daria Kashcheeva-nın rəhbərlik etdiyi 2 günlük “Stop motion animasiyası və kukla armatur skeleti” adlı ustad dərslərində bir qrup gənc animasiya həvəskarının iştirak etməsinə imkan yaratdı. 46-cı Tələbə Akademiyası Mükafatlarında Beynəlxalq Animasiyalar üzrə Qızıl medalın qalibi və 2020-ci ildə "Qız" filmi üçün Oscar mükafatına namizəd Daria Kashcheeva, ANIMAFILM 2020 münsiflər heyətinin üzvləri arasında yer almışdır. Çexiya Respublikasından “Boşluqlar” ilə Nora Ştrbova, 18 oktyabr tarixində bağlanış mərasimində elan edilən ANIMAFILM 2020 müsabiqəsinin qalibləri arasında yer aldı.