english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт

Çexiya Respublikasının qısa ad ekvivalenti var

Çexiya Respublikası Hökumətinin 2 may 2016-cı il tarixli iclasında qəbul olunmuş qərarına əsasən, Çexiya Birləşmiş Millətlər Təşkilatına müraciət edərək BMT-nin iki ölkə bazasına - UNTERM və UNGEGN- ölkənin qısa adı “Česko”-nu xarici dil formalarına daxil etməyi xahiş edəcək. Ölkənin rəsmi siyasi adı “Česká republika” dəyişməz olaraq qalacaqdır.
 

Ölkənın qısa ad forması (“Česko”), hal-hazırda Birləşmiş Millətlər Təşkilatının coğrafi adlar üzrə ekspertlər qrupunun beynəlxalq məlumat bazasına verilmişdir. Baxmayaraq ki, Çex forması Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Çex Ofisinin 1993-ci ildəki rəsmi bildirişində artıq standartlaşdırılıb və dərc olunmuşdur, lakin, xarici dil formalarında əksini tapmayıb. Çex Dili İnstitutu nəşr zamanı bütün bu formaların linqvistik baxımdan düzgün olduğunu təsdiqləyib.

Ölkənin qısa adı UNTERM (BMT-nin terminologiya bazası) və  UNGEGN (BMT-nin coğrafi adlar üzrə ekspertlər qrupu) bazalarına Birləşmiş Millətlər Təşkilatının rəsmi dillərində daxil edilir (BMT-nin bazaları ölkələrin adlarını altı rəsmi dildə əks etdirir): Czechia (İngilis, IPA tələffüzü), Tchéquie (Fransız), Chequia (İspan), Чехия (Rus), Ərəb və Çin formaları. Qısa ad Çexiya Respublikasının tam rəsmi formasını əvəz etmir, rəsmi forma rəsmi hallarda istifadə ediləcək.

Qeyd olunan qısa adlar (məsələn, ingilis dilində "Czechia") sadəcə “Česko” qısa coğrafi adın xarici dildə ekvivalentləridir. Ölkənin adının uzun (“Česká republika”/”Czech Republic”) və ya qısa (“Česko”/”Czechia”) formada istifadə etmək hər bir natiq və ya yazıçının öz qərarıdır. Lakin, rəsmi ölkə adının istifadəsi mütləq tələb olunmayan hallarda qısa formadan istifadə edilməsi məsləhət görülür (idman tədbirlərində, marketinq məqsədiylə və s.).

Azərbaycanda mövcud təcrübəyə görə ölkənin qısa adı Česko-nun Azərbaycan dilində "Çexiya” kimi yazılmasını nəzərdə tutur.