english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiya Silahlı Qüvvələr günü Azərbaycanda keçirilib

Çexiya Silahlı Qüvvələr günü münasibətilə 14 iyun 2017-ci il tarixində Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi Bakıda rəsmi ziyafət mərasimi keçirdib.

 

Ənənəvi tədbir səfir cənab Vitezslav Pivonka tərəfindən açılıb. Açılış nitqində səfir polkovnik cənab İrji Padyora Azərbaycanda üçillik fəaliyyətinə görə öz minnətdarlığını bildirib. Müraciətində polkovnik Padyor Çexiya Ordusunun tarixi barədə məlumat verib və Azərbaycanda işlədiyi dövrdə əməkdaşlıq üçün həmkarlarına öz təşəkkürünü bildirib.

Ziyafət mərasimi həmişəki kimi səmimi ruhda keçdiyinə baxmayaraq, cənab İrji Padyorun missiyası başa çatdığına görə hamımız çox təəssüf edirdik. Biz polkovnik Padyorun işlərində uğurlar və şəxsi həyatında xoşbəxtliyi arzulayırıq.  Çox sağ ol, İrji.

 







8

8