
V4 ölkələrinin Xarici işlər nazirliklərinin siyasət direktorları Bakıya səfər edtilər
04.11.2015 / 15:51 | Aktualizováno: 13.11.2015 / 16:12
2-4 noyabr 2015-ci il tarixlərində Bakıda Vişeqrad Qrupunun Xarici işlər nazirliklərinin siyasət direktorları səviyyəsində V4 ölkələrinin daha bir xarici siyasət missiyası həyata keçirildi. Bu dəfə direktorlar Cənubi Qafqaz ölkələrinə səfər etdilər və onların səfəri Azərbaycandan başlandı.
Bakıda olan müddətdə Siyasət direktorları cənab İvan Yestrjab (Çexiya Respublikası), cənab Levente Benkö (Macarıstan), cənab Peter Mişik (Slovakiya) və Siyasət direktorunun müavini xanım Anna Varminska (Polşa) Xarici işlər nazirliyində nazir müavinləri cənab Mahmud Məmməd-Quliyev və cənab Xələf Xələfovla, Prezident Administrasiyası rəhbərinin müavini cənab Novruz Məmmədov və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru cənab Fərhad Məmmədovla məsləhətləşmələr keçirtdilər.
Səfərin məqsədi regiondakı vəzəyyət ilə daha yaxşı tanış olmaq və hazırki xarici siyasət məsələləri üzrə fikir mübadiləsi aparmaq idi.
Missiyanın sonunda direktorlar başda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mard olmaqla Aİ ölkələrinin səfirləri ilə görüşdülər.