Ümumi paralellər
19.10.2016 / 22:49 | Aktualizováno: 26.10.2016 / 23:07
Azərbaycan Respublikasının Siyasi Sənədlər Arxivində 15 oktyabr 2016-ci il tarixində Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirildi.
Arxiv direktoru cənab Mais Bağırovun dəvəti ilə Çexiya Respublikasının Səfiri cənab Vitezslav Pivonka konfransda iştirak etdi. Çıxışında cənab Səfir Azərbaycan və Çexiya Respublikasının müasir tarixlərini birləşdirən paralelləri xatırlatdı. Eyni zamanda o, əsasən uğurlu iqtisadi əməkdaşlığa əsaslanan Çexiya-Azərbaycan münasibətlərinin dinamikasını ümumiləşdirdi və onların cari səviyyəsini xarakterizə etdi.
Səfir Pivonkanın konfransda iştirakı Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi ilə Çexiyanın müasir tarixi ilə bağlı bəzi maraqlı sənədləri qoruyub saxlayan Arxiv arasında