
Səfir Milan Sedlaçek etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib
13.07.2022 / 16:23 | Aktualizováno: 13.07.2022 / 16:25
12 iyul 2022-ci il tarixində Çexiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Zati-aliləri cənab Milan Sedlaçek etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim edib.
Çexiyanın yeni təyin olunmuş Səfiri sələfi Zati-aliləri cənab Milan Ekertin 4 illik səlahiyyət müddətini başa vurduqdan sonra 17 iyun 2022-ci il tarixində Bakıya gəlib. İyulun 1-də Səfir Sedlaçek etimadnaməsinin surətini Azərbaycan Respublikasının Xarici İşlər Naziri Zati-aliləri cənab Ceyhun Bayramova təqdim edib. Prezidentə etimadnamənin təqdim edilməsi yeni səfirin Çexiyanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri kimi fəaliyyətinin rəsmi başlanğıcı oldu. Rəsmi mərasimdən sonra Prezidentlə Səfir arasında enerji sektoruna xüsusi diqqət yetirilməklə ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirə aparılıb.