
İkinci Dünya Müharibəsindən sonra Azərbaycan-Çexiya münasibətlərinin tarixini əks etdirən sənədlər
10.03.2017 / 13:29 | Aktualizováno: 27.03.2017 / 15:43
Azərbaycan, Çex tarixçiləri və mütəxəssislərin Azərbaycan-Çex münasibətlərinin tarixinə həsr olunmuş araşdırmaları zamanı çoxlu maraqlı və bəzən gözlənilməz faktlar aşkarlanıb. Layihədə iştirak edən alimlər - işçi qrupunun üzvləri Avropanın bir neçə ölkəsində müxtəlif arxivlərdə və kitabxanalarda öz tədqiqatlarını aparır. Lakin işin ən mühüm hissəsi, təbii ki, Azərbaycanda və Çexiya Respublikasında gedir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru tarix elmləri namizədi M. Bağırov ilə Çexiya Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri Vitezslav Pivonka arasında 2017-ci il martın 7-də keçirilən görüş layihə qarşısında qoyulan məqsədlərə nail olmaqda mühüm rol oynadı. Cənab Bağırov arxivdə tarix elmləri namizədi L. C. Hüseynovanın başçılıq etdiyi işçi qrupu tərəfindən aşkar edilmiş sənədlərin siyahısını Səfir cənab Pivonkaya təqdim etdi. Siyahıya 1956-1986-ci illər dövründə keçmiş Azərbaycan SSR-i və Çexoslovakiya Sosialist Respublikası (ÇSSR) arasında əlaqələri əks etdirən yüzdən çox sənəd və illüstrasiyalar daxildir. Bu maraqlı sənəd kompleksinə (kolleksiyaya) Azərbaycan Respublikası Dövlət Kino-foto Sənədləri Arxivində aşkar edilmiş 1953-1991-ci illər dövrünə aid fotoşəkillər də daxildir.
İşçi qrupun tədqiqatçıları bu sənədlər əsasında ikinci dünya müharibəsinin sonundan başlayaraq hər iki dövlətin müstəqilliyi bərpa olunan dövrə qədər Azərbaycan-Çexiya münasibətlərinin tarixini bərpa edə biləcəklər.
- - -
В ходе исследований азербайджанских и чешских историков и специалистов, посвященных истории азербайджано-чешских отношений, было выявлено множество интересных, а порой и неожиданных фактов. Ученые – члены рабочей группы, участвующие в проекте, проводят свои исследования в различных архивах и библиотеках в нескольких европейских странах; однако наиболее важная часть работы, естественно, проводится в Азербайджане и Чешской Республике.
Важным шагом, ведущим к достижению поставленных проектом целей, стала встреча между директором Архива Политических Документов Управления Делами Президента Азербайджанской Республики (АПД УДП АР) кандидатом исторических наук М. Багировым и Чрезвычайным и Полномочным Послом Чешской Республики в Азербайджане Витезславом Пивонькой, состоявшемся 7 марта 2017 года. Господин М. Багиров передал господину Послу В. Пивоньке список документов, обнаруженных в его архиве рабочей группой, возглавляемой кандидатом исторических наук Л.Дж. Гусейновой.
Список содержит более ста документов, иллюстрирующие отношения между бывшими Азербайджанской ССР и Чехословацкой Социалистической Республикой (ЧССР) в период с 1956 по 1986 год. К этому интересному комплексу (коллекции) документов прилагаются фотографии, обнаруженные в Государственном Архиве Кино-фотодокументов Азербайджанской Республики (ГАКФ АР), относящиеся к периоду 1953-1991 гг.
На основе этих документов исследователи из рабочей группы смогут воссоздать историю азербайджано-чешских взаимоотношений в период с конца Второй мировой войны вплоть до восстановления независимости обеими государствами.


Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin Çexoslovakiya Xarici işlər naziri Bohuslav Xnoupeklə görüşü 1978-ci ildə Bakı şəhərində