Müstəqil Çexoslovakiyanın formalaşmasının ildönümünə həsr olunmuş tədbir
27.10.2016 / 19:55 | Aktualizováno: 04.11.2016 / 09:29
Bazar ertəsi, 24 oktyabr tarixində Çexiya Respublikasının Azərbaycandakı Səfirliyi müstəqil Çexoslovakiyanın formalaşmasının 98-ci illiyi ilə bağlı rəsmi qəbul təşkil etdi. Açılış nitqində Səfir Vitezslav Pivonka Avstriya-Macarıstan imperiyasının xarabalıqları üzərində yaranmış yeni dövlətin əhəmiyyətini, Çexiya və Azərbaycan arasında tarixi əlaqələri vurğuladı.
Qəbulun rəsmi hissəsindən sonra qonaqlar Çex mətbəxinin orijinal nümunələrini dadmaq və Çexiya “Brass Five” kvintetinə qulaq asmaq imkanını əldə etdilər.