english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: ADA
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiyanın Bakıdakı Səfirliyi birgə təşkilatçılığı ilə Aİ-nin Cənubi Qafqaz və Şərq Tərəfdaşlığına gələcək yanaşması haqqında müzakirələri təşkil edib

19 oktyabr 2022-ci il tarixində Çexiya Respublikasının Bakıdakı Səfirliyi və ADA Universiteti birlikdə Aİ-nin Cənubi Qafqaza və Şərq Tərəfdaşlığına gələcək yanaşması haqqında panel diskussiya təşkil edib. Tədbir ADA-da Çexiyanın Aİ Şurasına sədrliyi çərçivəsində keçirilib.

Müzakirədə ADA-nın prorektoru Fariz İsmayılzadənin aparacılığı ilə Çexiya Respublikası nümayəndəliyinin rəhbəri müavini cənab Daniel Putik, AMO-nun (Beynəlxaq məsələləri üzrə Assosiasiyası) elmi tədqiqatçı cənab Pavel Havlíček, ADA-nın İnkişaf və Diplomatiya İnstitutunun siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə rəhbəri cənab Damjan Krnjević Mišković iştirak edib. Praqada Avropa siyasi birliyinin birinci sammitindən sonra Aİ-nin Cənubi Qafqaz və Azərbaycana qarşı cağırışları və imkanları, Aİ-nin Ukrayna və Moldovaya namizəd statusu veriləndən sonra Şərq Tərəfdaşlığının rolu, Aİ ilə Azərbaycanın gələcək münasibətləri və Çexiyanın Aİ-yə Sədrliyinin rolu ilə bağlı suallar bu qrupda və sonrakı sessiyada sual-cavabların müzakirəsinə səbəb oldu.

Çexiya Səfirliyinin qonağı cənab Pavel Havlíček yerli KİV-ə müsahibə verdi və səfər zamanı yerli analitik mərkəzlərin nümayəndələri ilə görüşüb, Aİ Azərbaycan ilə arasında ekspert fikir mübadiləsinə və müzakirəsinə çox vacib olduğunu vurğulayıb.

Галереи


ADA 19.10.2022