
Çexiya və Almaniyanın Bakıdakı Səfirlikləri Azadlığın 30 illiyini qeyd etdilər
15.11.2019 / 15:28 | Aktualizováno: 15.11.2019 / 15:36
Berlin Divarının dağıdılması və Çexoslovakiyada Məxməri İnqilabının Almanlara, Çexlərə və Slovaklara gətirdiyi azadlığın 30 illiyi ilə əlaqədar, Çexiya və Almaniyanın Bakıdakı səfirlikləri 2019-cu ilin noyabr ayında, 1989-cu il inqilabi hadisələri sənədləşdirən fotoşəkillər sərgiləri ilə birlikdə bir sıra mühazirələr təşkil etdilər.
11 noyabr tarixində, Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri Zati-aliləri Volfqanq Maniq və Çexiya Respublikasının Azərbaycandakı Səfiri Zati-aliləri Milan Ekert, Kapellhaus kimi tanınan tarixi Alman Mədəniyyət Mərkəzində, birgə "30 illik Azadlıq" mərasiminin açılışını etdilər. Açılış nitqlərində Səfirlər Şərqi Almaniyada və Çexoslovakiyada birpartiyalı idarəçilikdən keçidin dinc xarakter daşıdığını vurğuladılar və 1989-cu il inqilablarının birləşən mesajlarının bu gün də aktual olduğunu qeyd etdilər. Proqram, Çexiya Elmlər Akademiyasının Müasir Tarix İnstitutundan (ICH) Dr. Oldrjix Tumanın 1989-cu ildə Çexoslovakiyada baş verən hadisələrin transmilli aspektləri mövzusunda mühazirəsi və 1989-cu ilə aid foto materialların təqdimatı, o cümlədən Şərqi Almanların Praqadakı Qərbi Alman səfirliyi vasitəsilə köçməsini sənədləşdirən fotoşəkillər və Çexoslovak Mətbuat Agentliyinin Çex Mərkəzləri tərəfindən "Məxməri İnqilabın Anı" adı altında təqdim etdiyi bir sıra fotoşəkillər sərgisi ilə davam etmişdir. Bakı Dövlət Universiteti (BDU) Tarix Fakültəsindən Dr. Təhminə Aslanovanın rəhbərlik etdiyi müzakirədən sonra 60-a yaxın qonaq, o cümlədən BDU-nun tarix tələbələri Almaniya və Çexiya Səfirliklərinin təqdim etdiyi sərgi panellərindəki 1989-cu ilin foto materialı ilə tanış olmaq imkanı əldə etdilər. 1988-ci ildə Praqadakı küçə etirazlarından Sovet qoşunlarının Çexoslovakiyanı tərk etməsinə qədər olan dövrü əhatə edən sərginin Çex hissəsinə Yirji Sukun (ICH) giriş nitqi və fotoqraf Dana Kindrova tərəfindən seçilmiş 40 fotoşəkil daxildir.
13 - 20 Noyabr tarixləri üçün hər iki sərgi Bakıdakı ADA Universitetinə köçürüldü və burada 1980-ci illərin sonlarında Şərqi Avropadakı "Dəyişiklik Küləyi" mövzusunda professor Oliver Reisnerin (İlia Dövlət Universiteti, Tbilisi) verdiyi mühazirəyə, həmçinin 18 Noyabr tarixində Çexiya və Slovakiyadan olan tələbələr tərəfindən qrup yoldaşları üçün təşkil edilən Məxməri İnqilabı mövzusunda təqdimat üçün əyani bir yer verdilər.
22-24 Noyabr tarixlərində Kapellhausda təşkil olunacaq tədbirlər haqqında məlumat aşağıdakı afişada mövcuddur.