english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiya və Almaniya Metrologiya Sahəsindəki Təcrübələrini Azərbaycan ilə Bölüşüblər

İki il əvvəl Avropa İttifaqı və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  Cənubi Qafqazda metrologiya sisteminin gücləndirilməsinə yönəldilmiş Tvinninq layihəsi başladılıb. Layihənin həyata keçirilməsi Çexiya Metrologiya İnstitutunun konsorsiumuna və Almaniya Fiziki Texniki Federal İnstitutuna  həvalə edilmişdir.
 

Tvinninqin əsas məqsədi ən yaxşı Avropa və beynəlxalq təcrübələr, standartlar, normalar və proseslərə uyğun olaraq metrologiya sisteminin inkişafı yolu ilə Azərbaycanın dünya bazarlarına çıxışını dəstəkləməkdir.

Uğurlu layihə 16 Yanvar 2018-ci il tarixində başa çatdı. Bağlanış mərasimində Çexiyanın Azərbaycandakı Səfiri Cənab Vitezslav Pivonka layihəni belə təsvir edib: “bu çox uğurlu başlanğıc hər kəsi əmin edib ki, bundan sonra hər iki tərəf  eyni dili danışacaq.”

Layihənin ümumi büdcəsi 1 200 000 avro idi.