Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek Azərbaycana səfər etdi
15.03.2016 / 14:54 | Aktualizováno: 16.03.2016 / 15:02
Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek 13-15 mart 2016-ci ildə deputatlar və iş adamlarından ibarət nümayəndə heyəti ilə birgə Azərbaycana səfər etdi. O, səfər ərzində Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və Baş nazir Artur Rasi-zadə ilə görüşdü.
Səfər Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşlə açıldı. Dövlət başçısı və sədr Çexiya Parlamentinin nümayəndə heyətinin bu səfərinin müxtəlif sahələrdə dinamik inkişaf edən ikitərəfli əlaqələrin daha da inkişafı üçün təkan verəcəyini vurğuladılar. Bir sıra sahələrdə, o cümlədən enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanları müzakirə olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi də aparıldı.
Milli Məclisin sədri Oqtay Əsədov ilə görüş zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında vacib rolu vurğulandı. Sədrlər iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini və inkişafının digər yollarını müzakirə etdilər.
İqtisadi məsələlər Baş nazir Artur Rasi-zadə ilə də müzakirə olundu. Baş nazir Çexiya Respublikasının Azərbaycan üçün etibarlı tərəfdaş olduğunu söylədi.
Sədr Azərbaycana səfərini Bakı Slavyan Universitetində rektor Asif Hacıyev, Çex dilini tədris edən müəllim heyəti və həmin fakültənin tələbələri ilə görüşlə yekunlaşdırdı.
Parlamentin Müdafiə Komitəsinin nümayəndələri Müdafiə nazirliyində və Müdafiə sənayesi nazirliyində oldular.