![na_celou_sirku](/public/72/5c/c8/5581535_3279007__460080949_832092385421089_3224395043039158037_n__1_.jpg)
Çexiya Respublikasının Dövlətçillik Günü münasibətilə Bakıda qəbul keçirilib
11.10.2024 / 16:23 | Aktualizováno: 11.10.2024 / 16:37
25 sentyabr 2024-cü il tarixində Çexiya Respublikasının Səfirliyi diplomatik və biznes dairələrinə aid olan hörmətli qonaqların iştirakı ilə Çexiya Respublikasının Dövlətçilik Gününü qeyd etmişdir. Təntənəli qəbul Hyatt Regency otelində baş tutub.
Bayram gecəsi Çexiya Respublikasının Bakıdakı səfiri cənab Milan Sedlaçek və Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İşləri üzrə idarəsinin rəisi, səfir cənab Məmməd Əhmədzadə çıxışları ilə açılıb. Hər iki natiq Çexiya Respublikası ilə Azərbaycan Respublikası arasında son illərdə xüsusilə iqtisadi əməkdaşlıq sahəsində inkişaf edən dostluq və firavan münasibətləri vurğuladılar.
Səfir Milan Sedláček bugünkü gərgin geosiyasi vəziyyətdə xüsusilə vacib olan diplomatik əməkdaşlığın və dünyada sülh və sabitliyin qurulması üçün qarşılıqlı səylərin vacibliyini vurğuladı. O, iki ölkənin yüksək səviyyəli siyasətçiləri arasında ünsiyyəti yüksək qiymətləndirib və Çexiya Respublikasının Baş naziri Petr Fiala ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Britaniyada keçirdiyi görüşü xatırladıb. Həmçinin o, Azərbaycan Respublikasının Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın Praqaya və Çexiya Respublikasının Deputatlar Palatasının sədri xanım Marketa Pekarova Adamovanın Bakıya qarşılıqlı səfərlərini və Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Ceyhun Bayramov-un Praqaya yaz səfərini xüsusilə vurğulamışdır. Sonda o, artan qarşılıqlı faydalı iqtisadi əlaqələri, Azərbaycanın Çexiya üçün enerji təhlükəsizliyi cəhətdən əhəmiyyətini və durmadan ikitərəfli sazışlərinin artan sayının mühümlüyünü xatırladıb.
Səfir Məmməd Əhmədzadə iki ölkə arasında yaxşı münasibətlərin qurulmasında diplomatik münasibətlərin başlanmasının 30 illiyinin, 2015-ci ildə “Çexiya Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” nin imzalanmasına və hər iki ölkənin yüksək siyasi nümayəndələrinin tez-tez görüşlərin keçirilməsinə kimi mühüm mərhələlərə diqqət çəkib. Həmçinin o, ikitərəfli ticarətin əhəmiyyətini və ölkələrimiz arasında ümumi ticarətin 2023-cü ildə 800 milyon ABŞ dollarına çatacağı kimi konkret məlumatları vurğuladı, Çexiyanın Azərbaycanın Avropada 3-cü ən böyük ticarət tərəfdaşı olduğunu və eyni zamanda, Azərbaycanın ikinci ən böyük Avropa ixrac istiqaməti olduğunu da qeyd edib.
Qonaqlara Bakıdakı “İtaldizain” şirkəti tərəfindən təmsil olunan Çexiyanın “Moser” şüşə şirkətinin qravüraçısının işi təqdim olunub. Özündə Çexiya və Azərbaycan milli elementləri daşıyan geyim kolleksiyası hər iki mədəniyyəti birləşdirən dizayner Leyla Babazadənin moda nümayişi də xoş ab-hava yaradıb.
Qəbul Çexiya Respublikasının Müdafiə Nazirliyi, AŽD, Budweiser Budvar, COLT CZ, CSG GROUP, ERA, MOSER, Servis-24, Škoda Auto və cənab Radek Peçmanın səxavətli dəstəyi ilə baş tutub.