english  azərbaycan dili / по-русски  česky 

Расширенный поиск
na_celou_sirku
Photo: Lubojacký
Ссылка на статью Печать Уменьшить шрифт Увеличить шрифт Facebook logo

Çexiya Respublikasının Baş Naziri cənab Petr Fiala Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında

12-13 noyabr 2024-cü il tarixlərində Baş Nazir Petr Fiala Bakıda keçirilən BMT-nin Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində və UNFCCC Tərəflərinin Konfransının Yüksək Səviyyəli Seqmentində iştirak edib. Plenar iclasda o, digər məsələlərlə yanaşı, iqlim böhranının həllində təmiz enerji mənbələrinin vacibliyini və həm iddialı, həm də real hədəflərin qoyulmasının vacibliyini vurğulayan milli müraciətlə çıxış etdi. Baş Naziri COP-un ev sahibi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul edib. Görüşdə hər iki lider Çexiya ilə Azərbaycan arasında qarşılıqlı ikitərəfli münasibətlərin yüksək səviyyəsində olmasını çox yüksək qiymətləndiriblər. Tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər - Efiopiya, Özbəkistan, Şimali Makedoniya Prezidentləri, Pakistanın, Konqo Demokratik Respublikasının Baş Nazirləri, Serbiyanın Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ilə görüşlər keçirilib, həmçinin İraq, Slovakiya, Moldova Prezidentləri və İtaliyanın Baş Naziri ilə qeyri-rəsmi görüşlər keçirib.

11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycan COP29 kimi tanınan UNFCCC-nin Tərəflərin Konfransına ev sahibliyi edir.

198 ölkə və Avropa İttifaqından ibarət COP iqlim dəyişikliyi ilə bağlı əsas qlobal forumdur. On gün ərzində dövlət və hökumət başçıları, iqlim dəyişikliyi üzrə ekspertlər və siyasətçilər, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri - ümumilikdə 72 000 yaxın insan Bakıya toplaşacaq. Bu il Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevin Sədrliyi ilə keçirilən konfransın əsas məqsədi davamlı və dayanıqlı bir iqlim gələcəyinə nail olmaq üçün qlobal əməkdaşlığın təşviq edilməsidir. Konfransın əsas mövzuları istixana qazlarının emissiyalarının azaldılması, inkişaf etməkdə olan ölkələrdə iqlimin maliyyələşdirilməsi, iqlim dəyişikliyinə uyğunlaşma, iqlim dəyişikliyinin təsirləri nəticəsində yaranan itki və ziyandır.

Noyabrın 12 və 13-də Baş Nazir Petr Fiala BMT-nin İqlim Dəyişikliyi üzrə Dünya Liderlərinin Sammitində və UNFCCC COP29-un Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir.

Petr Fiala müraciətində digər məsələlərlə yanaşı, nüvə enerjisi kimi iqlim məqsədlərinə nail olmaq üçün təmiz mənbələrdən istifadənin zəruriliyini vurğulayıb. O, həm iddialı, həm də real hədəflərin qoyulmasının vacibliyini vurğulayıb. O, həmçinin iqlim böhranı ilə bağlı beynəlxalq əməkdaşlıq, qlobal fəaliyyət və innovativ həll yollarının zəruriliyini də vurğulayıb. O, Nizami plenar zalında dinləyicilərə məlumat verib ki, Çexiya Respublikası 1990-cı ildən bəri karbon qazı emissiyalarını üçdə birdən çox azaldıb.

Sammitin ilk günündə Baş Nazir Fiala Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş keçirib. Hər iki ölkənin liderləri Çexiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsini qiymətləndirib, ticarət-iqtisadi əməkdaşlıq, eləcə də xarici siyasət məsələlərini müzakirə ediblər. Baş Nazir saxlanılan Çex vətəndaşının işinin həllinə müsbət yanaşdığına görə Prezident Əliyevə minnətdarlığını bildirib.

Baş Nazir bir sıra ikitərəfli görüşlər keçirib: O, Bosniya və Herseqovina Rəyasət Heyətinin serb üzvü xanım Željka Cvijanović ilə danışıqlar aparıb, Efiopiya Prezidenti cənab Taye Atseke Selassie Made, Konqo Demokratik Respublikasının Baş Naziri xanım Judith Suminwa Tuluka, və Pakistanın Baş Naziri cənab Shahbaz Sharif. Noyabrın 13-də Şimali Makedoniya Prezidenti xanım Gordana Siljanovska Davkova, Özbəkistan Prezidenti cənab Shavkat Mirziyoyev ilə növbəti ikitərəfli görüşlər keçirilmişdir. İraq Prezidenti Abdal Latif Rashid, Moldova Prezidenti Maia Sandu, İtaliyanın Baş Naziri Georgia Meloni və Slovakiya Prezidenti Peter Pellegrini ilə də qısa qeyri-rəsmi danışıqlar aparılıb.

Lubojacký/translation Rzayeva

 

c COP29 begins 2

c COP29 begins 2

 

c COP29 1

c COP29 1

 

COP29 PM Fiala - President Aliyev

COP29 PM Fiala - President Aliyev

 

COP29 PM CZ - PM DRC

COP29 PM CZ - PM DRC

 

COP29 PM CZ - President MK

COP29 PM CZ - President MK

 

c COP29 Press PM Fiala Amb Sedláček

c COP29 Press PM Fiala Amb Sedláček

 

c COP29 Participants 2

c COP29 Participants 2