Çexiya Əfqanıstanda Terror Aktı nəticəsində Dünyasını Dəyişən Əsgərlərin xatirəsinə matəm elan edib
08.08.2018 / 11:56 | Aktualizováno: 29.04.2019 / 13:59
Bu gün Çexiya Respublikası, 5 avqust 2018-ci il tarixində Əfqanıstanda müntəzəm patrul missiyası zamanı terror aktı nəticəsində həyatlarını itirən Çex əsgərlərinin xatirəsinə ehtiram əlaməti olaraq matəm günü elan edib. Zabitlər Martin Martsin, Patrik Ştepanek və Kamil Beneş vətən uğrunda xidmətdə qurban oldular və onların adları heç vaxt unudulmayacaqdır.