Çexiya Dövlətçilik Günü Münasibətilə Dövlət Qəbulu
25.09.2017 / 17:30 | Aktualizováno: 16.10.2017 / 17:35
Çexiya Respublikasının Səfirliyinin dövlət qəbullarını oktyabr ayında keçirilməklə bağlı uzun müddətli ənənəsinə baxmayaraq, bu il biz Bakılıları təəccübləndirmək və qəbulu sentyabr ayında keçirməyə qərar verdik. 21 sentyabr tarixi təsadüfən deyil, Çexiya himayədarı müqəddəs Vatslavın xatirəsinə qeyd olunan Çexiya Dövlətçilik Günü şərəfinə seçilmişdir. Çexiya səfiri cənab Pivonka öz çıxışında məhz bunu vurğuladı, Azərbaycan Milli Məclisinin sədr müavini Ziyafət Əsgərov isə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi. Azərbaycanın siyasi, akademik və mədəni həyatından bir çox görkəmli şəxslərin tədbirdə iştirakı da bu sözlərin ən böyük sübutu oldu. Qonaqlar arasında Bakıda eyni zamanda, biznes nümayəndə heyətinin tərkibində səfərdə olan Çex energetika şirkətlərinin nümayəndələri də var idi. Bütün axşam qonaqlarımız məşhur çexiyalı müəlliflərin klassik musiqilərinin xoş tonlarına qulaq asdılar, incə çex mətbəxinin nümunələri ilə dostyana mühiti daha da gücləndirdi.